Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

post-img

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Məlumatı DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi verib.

İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük  nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, cəmi 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.  

Hadisə