Növbəti ABŞ-Rusiya-Ukrayna danışıqları Cenevrədə keçiriləcək

post-img

ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqlarının dördüncü raundu yenidən Cenevrədə keçiriləcək .

Bu barədə RİA Novosti agentliyi məlumat verib.  

Agentliyin əsaslandığı mənbə bildirib ki, “Onlar geri qayıtmağı planlaşdırırlar”. Ukrayna Prezidenti Volodimir Zelensky eyni məlumatı Piers Morgan Uncensored layihəsi ilə də paylaşıb.

Danışıqların əvvəlki mərhələsi 17-18 fevral tarixlərində İsveçrədə baş tutub. Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski danışıqları çətin, lakin işgüzar adlandırıb. O, həmçinin yaxın gələcəkdə nümayəndə heyətlərinin yeni görüşünün keçiriləcəyini açıqlayıb.

P.ƏMİRCANOV
XQ

Dünya