Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib

post-img

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası öz fəaliyyətini genişləndirir.

BDU-nun hüquqşünas alimlərinin rəhbərliyi ilə fakültənin aktiv tələbələrindən təşkil olunan Klinikanın asas məqsədi aztəminatlı ailələrə, eləcə də kibercinayətlərın və kiber istismarın qurbanı olmuş şəxslərə ödənişsiz hüquqi yardım göstərməkdir.

Müraciət edənlərə həm hüquqi məsləhətlər paketi təqdim olunur, həm də zərərçəkmişlərin hüquqlarınn müdafiəsi istiqamətində praktik dəstək göstərilir. Müasir dövrün tələblərinə uyğun olaraq Hüquq Klinikası onlayn konsultasiya xidmətləri təşkil edir. Müraciətlər onlayn qəbul olunur.

XQ xəbər verir ki, klinika gənclər, tələbələr və ictimaiyyət üçün maarifləndirici təlim, seminar va praktik məşğələlər keçirir. Bu tədbirlər çərçivəsində rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması, hüquqi müdafiə mexanizmləri, kibertəhlükəsizlik va insan hüquqlarının qorunması mövzuları öyrədilir. Klinika xarici universitetlərin Hüquq Klinikaları ilə də əməkdaşlıq məsələlərini əsas hədəf kimi müəyyən edib.

Hüquq Klinikası həmçinin əhalinin hüquqi savadlılığını artırmaq, hüquq mədəniyyətini formalaşdırmaq və vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək məqsədilə ictimai maarifləndirmə kampaniyaları, tədbirlər va sosial layihələr həyata keçirir.

Təhsil