Oğuzda yanğın törədən məsuliyyətə cəlb olunub

post-img

Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

P.Əmircanov
XQ

 

Hadisə