Ötən gün ölkə ərazisində 32 cinayət hadisəsinin açılması təmin olunub

post-img

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 24-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 225, o cümlədən borclu şəxs qismində axtarışda olan 201 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 8 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

N.Adilqızı
XQ

Hadisə