Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatının final görüşlərinə çıxacaqlar.
XQ xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Ömər Salmanov həlledici qarşılaşmada rusiyalı Artyom Tkaçenko ilə üz-üzə gələcək.
55 kq-da isə Qurban Məcnunov qızıl medal uğrunda rusiyalı Edem Payziyev ilə mübarizə aparacaq.
Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

