Niderland Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marian de Yonq ilə görüş keçirib.    

XQ xəbər verir ki, görüş zamanı ölkəmizdə mövcüd mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar, Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa məlumat verilib.

Görüşdə, iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. 



Sosial həyat