Ukrayna və ABŞ dronların birgə istehsalı haqqında saziş hazırlayır — CBS News

post-img

CBS News xəbər verir ki, ABŞ və Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalını və Ukraynanın hərbi texnologiyalarının ABŞ-a ixracını nəzərdə tutan yeni müdafiə sazişi üzrə memorandum layihəsi hazırlayıblar.

Mənbələrin məlumatına görə, sənəd dron istehsalı üçün birgə müəssisələrin yaradılmasını və ölkələr arasında texnoloji mübadilənin genişləndirilməsini ehtiva edir. Ukrayna həmçinin müdafiə sənayesi istehsalını artırmaq üçün Amerikanın maliyyə resurslarını cəlb etməyi planlaşdırır.

Qeyd olunur ki, Ukraynanın PUA sahəsindəki texnologiyalarından artıq bir sıra bölgələrdə, o cümlədən Yaxın Şərqdə İran dronlarına qarşı mübarizədə istifadə olunur. Hazırda danışıqlar davam edir, yekun saziş hələlik imzalanmayıb.

XQ

Dünya