Xətai Sənət Mərkəzində "Shatu Art" qrupunun rəhbəri, rəssam Turan İlhamın təşkilatçılığı ilə ərsəyə gələn "Palitra" adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.
XQ xəbər verir ki, sərgi müxtəlif rənglərin və üslubların vəhdətini nümayiş etdirərək, sənətin birləşdirici gücünü ön plana çıxarıb. Tədbirin əsas məqsədi gənc istedadlara dəstək olmaq və cəmiyyətdə rəngkarlıq sənətinə olan marağı daha da artırmaqdır.
Sərgidə hər yaş qrupundan 30 Rəssam iştirak edib. Bu sərgi təkcə rəsmlərin nümayişi deyil, həm də fərqli dünyagörüşünə malik sənətkarların bir araya gəldiyi yaradıcılıq bayramıdır.






