Qusarda məktəbli qızları maşın vurub

post-img

Qusarda 14 və 15 yaşlı məktəbli qızları avtomobil vurub.

XQ xəbər verir ki, hadisə Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin qarşısında baş verib.

Xəsarət alan şagirdlər təcili Qusar Rayon Mərkəzi Xəstəxansına çatdırılıblar. Yaralılara tibbi yardım göstərilib. Məktəblilərin həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Hadisə