Qadın futbolçulardan ibarət millimizin Millətlər Liqası çərçivəsində Kipr və Farer adaları yığmasına qarşı keçirəcək oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Dekabrın 1-də “Limassol” stadionda keçiriləcək Kipr – Azərbaycan oyununu Belçikadan, dekabrın 5-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Farer adaları qarşılaşmasını isə İsveçdən olan hakimlər briqadası idarə edəcək. Kipr – Azərbaycan matçında baş hakim Caroline Lanssens, köməkçiləri İrmgard Van Meirvenne, Margot Jacobs, 4-cü hakim isə Jana Van Laere olacaq.
Azərbaycan – Farer adaları matçında əsas hakim Lovisa Johanssona olacaq. Kamilla Stendal və Jilan Taher ona kömək edəcəklər. 4-cü hakim qismində isə Maral Mirzai Beni çıxış edəcək.
Leyla SABİRQIZI
XQ

