Azərbaycan boksçusu Çempionlar Gecəsində döyüşəcək

post-img

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 92 kiloqramdan yuxarı çəki dərəcəsində rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək. Döyüş 6 raund davam edəcək.

Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.

Qeyd edək ki, Ufada ümumilikdə 7 döyüş təşkil olunacaq.





İdman