Gimnastımız Dünya kubokunun finalında

post-img

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya kubokunun sonuncu mərhələsində Azərbaycan təmsilçisi Nikita Simonov halqalarla hərəkətdə finala yüksəlib.

O, təsnifatda 14,000 xal toplayaraq dördüncü nəticə göstərib. Beləliklə, Simonov Dünya kubokunun növbəti mükafatı uğrunda mübarizə aparmaq şansı qazanıb. O, əvvəlki mərhələlərin hamısında medallar qazanaraq hazırda seriyanın lideridir.

Leyla QURBANOVA
XQ

 

İdman