FİDE şahmatçıların may üçün dünya reytinqini açıqlayıb. Siyahıda ilk 100-lükdə Azərbaycanın 7 şahmatçısı yer alıb.
Kişi şahmatçılarımız Şəhriyar Məmmədyarov (2746 xal, 14-cü yer) və Teymur Rəcəbov (2692 xal, 40-cı yer) 1 pillə geriləyiblər. Rauf Məmmədov (2657) 69-cu pillədəki yerini qoruyub.
Qadınların cədvəlində 8 pillə geriləyən Gövhər Beydullayeva (2394) 53-cü sıraya enib. Digər təmsilçilərimiz Günay Məmmədzadə (2390) 57-ci, Ülviyyə Fətəliyeva (2374) 67-ci, Xanım Balacayeva (2358) 82-ci, Gülnar Məmmədova (2352) isə 91-ci yerdədirlər.
Cədvələ 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınların reytinq cədvəlinin lideri 2633 xalla çinli Yifan Houdur.
L.AZAD
XQ