Azərbaycan millisi Avropa Liqasına hazırlıq üçün Macarıstana yollandı

post-img

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Liqasına hazırlıqlarını ölkə xaricində davam etdirəcək.

XQ xəbər verir ki, yığmamız bu məqsədlə bu gün Macarıstana yola düşüb. 

Millimiz mayın 12-dən 16-dək Macarıstanda təlim-məşq toplanışında iştirak edəcək. Daha sonra komandamız hazırlıqlarını Sloveniyada davam etdirəcək. Bu ölkədə təşkil olunacaq təlim-məşq toplanışı mayın 29-dək davam edəcək.

Hazırlıq proqramı çərçivəsində milli komandamızın bir sıra yoxlama oyunları keçirməsi də planlaşdırılır. Təlim-məşq toplanışlarına 14 voleybolçu cəlb olunub. 

Qeyd edək ki, yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 
 
 

İdman