“Formula–1” 25–27 sentyabrda keçiriləcək

post-img

2026-cı ildə təşkil olunacaq “Formula–1” üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub. Beynəlxalq Avtomobil Federasiyası və “Formula–1” təşkilatçıları növbəti ilin təqvimini açıqlayıblar. Beləliklə, Bakıdakı yarış sentyabrın 25-27-si aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə “Formula 1” təqvimi yenə 24 mərhələdən ibarət olacaq. Bu il Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixlərində keçiriləcək.

M.HACIXANLI
XQ

 

İdman