Azərbaycan–Macarıstan yoldaşlıq görüşü – 1:2

post-img

Futbol üzrə Azərbaycan millisi dünən növbəti yoldaşlıq oyununu keçirib. Fernandu Santuşun baş məşqçisi olduğu yığmamız Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 20:00-da start götürüb. Matçı Belarusdan olan hakim Viktor Şimusik idarə edib. Maraqlı oyun 1–2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

M.HACIXANLI
XQ

İdman