Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstan paytaxtında təlim-məşq toplanışı keçəcək. İdmançılarımız dünən Astanaya yollanıblar.
Millimiz iyunun 28-də yekunlaşacaq toplanışda ABŞ, Kanada, Belçika, Qazaxıstan, İsveçrə və Avstraliya ilə birgə məşq edəcək, sınaq döyüşləri keçirəcək.
Hazırlığın yekununda boksçularımız Qazaxıstanda keçiriləcək Dünya Kubokuna qatılacaqlar. Bu yarış iyunun 30-dan iyulun 7-dək davam edəcək. Dünya Kubokunda həmçinin qadın boksçularımızdan Marjona Savriyeva, Zeynəb Rəhimova və Aynur Mikayılova mübarizə aparacaqlar.
M.HACIXANLI
XQ