1 turnirdən 2 gümüş medal

post-img

Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda iki gümüş medal qazanıb.

Atıcılıq Federasiyasının mətbuat xidmətindən bildirilib ki, Ruslan Lunyov əvvəlcə 25 metr məsafəyə sürətli atəş üzrə yarışda 2-ci yeri tutub.

Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə R.Lunyov, ümumilikdə, 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən 2-ci yerə yüksəlib.

M.HACIXANLI
XQ

 

İdman