Azərbaycan cüdoçusu Elcan Hacıyev Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib. 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir finalda litvalı Auqustas Sluterisə ipponla qalib gəlib.
Bu gün mübarizəyə qoşulan digər 4 cüdoçumuz isə turnirlə medalsız vidalaşıb. Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.
M.HACIXANLI
XQ