SEPAH Hörmuz boğazında yeni gəmiçilik rejimini elan etdi

post-img

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmuz boğazında yeni gəmiçilik qaydalarının tətbiqinə başlanıldığını açıqlayıb.

Rəsmi məlumata görə, mülki gəmilər yalnız İran tərəfindən müəyyən edilmiş marşrutlar üzrə hərəkət edə biləcək və boğazdakı bütün gəmi hərəkəti hərbi qurumun icazəsi ilə həyata keçiriləcək. SEPAH nümayəndələri hərbi gəmilərin boğazdan keçidinin əvvəlki kimi qadağan olunduğunu da vurğulayıblar.

Bildirilir ki, yeni rejim Livanda əldə olunmuş atəşkəs razılaşması çərçivəsində tətbiq edilir. SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin açıqlaması sosial şəbəkələrdə yayılıb.

İran tərəfi bundan əvvəl Hörrmuz boğazının kommersiya gəmiləri üçün açıldığını elan etmişdi. ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, Tehran boğazın bir daha bağlanmayacağı ilə bağlı razılıq verib və ABŞ mina təmizləmə işlərinə dəstək göstərməyə hazırdır.

İran rəsmiləri isə öz növbəsində qeyd ediblər ki, Livan ilə İsrail arasında qüvvədə olan atəşkəs müddətində gəmilərin boğazdan sərbəst hərəkəti təmin ediləcək.

S.ELAY

XQ

Dünya