Şahmatçıların Avropa çempionatında Nicat Abasov liderliyə yüksəlib

post-img

Şahmatçıların Avropa çempionatında Nicat Abasov liderliyə yüksəlib

Polşanın Katovitse şəhərində təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu tur sona çatıb. 

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən azərbaycanlı şahmatçı Nicat Abasov liderliyə yüksəlib. Aydın Süleymanlı ispan David Giharro ilə ilə heç-heçə edib.

Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Giharro 9 turdan sonra 1-2-ci yerləri bölüşür. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir. 

Bu gün oynanılacaq 10-cu tur liderlərin dueliylə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Giharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər. 

Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb. 

Qeyd edək ki, Avropa çempionatında ilk 20-likdə qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq. 

Qabil YUSİFOĞLU
XQ







İdman