Cüdo üzrə Azərbaycan millisinin Skopyedəki təlim-məşq toplanışı başa çatıb

post-img

Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan milli komandası Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

Qitə birinciliyi sentyabrın 4-7-də Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

İdman