Avropa Kubokunda gümüş medal

post-img

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Finalda Niderland seçməsi ilə üz-üzə gələn yığma rəqibinə 16:21 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda isə İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.

Qabil YUSİFOĞLU
XQ

İdman