Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

post-img

Azərbaycan boksçusu Sübhan Babayev U-19 Avropa çempionatına qələbə ilə başlayıb.

XQ xəbər verir ki, 60 kiloqram çəkidə mübarizə aparan milli üzvü 1/8 finalda Luka Crnoqoraçı (Xorvatiya) mübarizədən kənarlaşdırıb.

Boksçumuz rəqibini 3:1 (29:27, 28:27, 29:27, 28:28, 27:29) hesabı ilə məğlub edib.

Babayev 1/4 finalda Simonas Puniskislə (Litva) üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

İdman