Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, Yaponiyanın paytaxtı Tokioda ənənəvi karate üzrə Dünya çempionatı keçirilib. Bu yarışlarda Azərbaycan idmançıları 5 medal qazanıblar.
Yarışda federasiyanın ənənəvi karate üslubları birliyinin sədri Əhməd Əfəndinin rəhbərliyi altında yeddi idmançı mübarizə aparıb. Gənclərdən Salman Salmanov (kata) qızıl mükafata sahib çıxıb. 15 yaşadək olanlar arasında Ayxan Şabanzadə üçüncü olub. Böyüklərdən İmran Quluzadə (74 kq) gümüş, Mehman Eynalov (+75 kq) bürünc medal qazanıb.
Komanda kumite yarışında Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə, Mehman Eynalov bürünc mükafata yiyələnib.
Qabil YUSİFOĞLU
XQ