Tofiq Əliyev Dünya kubokunun qalibidir

post-img

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Dünya kuboku seriyasının qalibi olub.

Oktyabrın 3-dən 5-dək Fransanın Antibes şəhərində keçirilən mövsümün son Dünya Kubokunda idmançımız 29.200 xal toplayaraq qızıl medal qazanıb.

Adil Hacızadə isə 26.800 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qabil YUSİFOĞLU
XQ

İdman