Dünən futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Yarımfinalın cavab oyununda “Turan Tovuz” “Zirə”nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0. İki görüşün nəticəsinə görə bakılılar finala vəsiqə qazanıb. İlk görüşdə “Zirə” iki cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. “Sabah” “Qarabağ”ı (ilk oyun - 2:2) qəbul edəcək.
Qabil YUSİFOĞLU
XQ

