3 güləşçimiz yarımfinalda

post-img

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir. Dünən Azərbaycanın üç yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb.

Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) bu raunda yüksəliblər.

Nihat Məmmədli (60 kq) 1/4 finalda Vladislav Kuzkonu (Ukrayna) məğlub edib. O, yarımfinalda Suren Ağacanyanla (Ermənistan) qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) ardıcıl olaraq Niklas Yan Ohlen (İsveç) və Abu Amaevə (Bolqarıstan) qalib gəlib.

Qurban Qurbanov (82 kq) isə Svetoslav Nikolov (Bolqarıstan) və Mixail Bradandan (Moldova) güclü olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman