Azərbaycanda yeni voleybol akademiyası açıla bilər.
Bu barədə AZƏRTAC-a qadın voleybolçulardan ibarət “DH Volley Baku” klubunun prezidenti Şərəf Yalçın məlumat verib.
Türkiyəli funksioner növbəti hədəflərindən birinin Bakıda voleybol akademiyası açmaq olduğunu bildirib: “Layihə üzərində ilkin işlərə başlanılıb. Məqsədimiz 10–18 yaş arası qız uşaqlarını sistemli şəkildə yetişdirmək və onları gələcəkdə əsas komandaya inteqrasiya etməkdir”.
Digər planlardan da söz açan Ş. Yalçın Yüksək Liqada debüt edən “DH Volley Baku” komandasına gələn mövsüm tanınmış voleybolçu cəlb etmək istədiklərini söyləyib: “Komandamıza Türkiyə millisində çıxış etmiş oyunçu gətirmək istəyirik. Menecerlərimiz bunun üzərində çalışırlar”.
Şərəf Yalçınla müsahibənin tam versiyasını bu linkdən oxuya bilərsiniz.

