Ukrayna “Drujba” boru kəməri ilə tədarükləri bərpa etməyə hazırdır

post-img

“Drujba” neft boru kəmərinin Ukrayna operatoru olan “Ukrtransnafta” şirkəti Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyə hazır olduğunu rəsmən elan edib. Bu barədə Macarıstanın MOL neft şirkəti məlumat verib.

Xəbəri “”Kommersant” yayıb. 

MOL-un açıqlamasında deyilir: “Şirkət… MOL-a “Drujba” boru kəmərində təmir işlərinin başa çatması və 27 yanvar 2026-cı il tarixində saat 18:00-dan etibarən qüvvədə olan fors-major hallarının ləğvi barədə rəsmi olaraq məlumat verib”.

“Reuters” mənbəyə istinadən bildirib ki, Ukrayna aprelin 22-də günortadan sonra “Drujba” ilə neft tranzitini bərpa edəcək. MOL artıq Macarıstan və Slovakiyaya çatdırılacaq ilk sifarişini təqdim edib. Mənbənin sözlərinə görə, Ukrayna tranziti bərpa edəcək, çünki o, Aİ-dən 90 milyard avro kredit istəyir.

P.ƏMİRCANOV
XQ

 

Dünya