Tramp İranla atəşkəs müddətini uzadıb

post-img

Donald Tramp Pakistanın xahişi ilə İranla atəşkəs müddətini uzadacağını açıqlayıb. Bununla belə, o, ABŞ-ın Hörmüz boğazının blokadasının davam edəcəyini əlavə edib.

Məlumatı “Euronews” verib.  

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejimini qeyri-müəyyən müddətə qədər uzadıb. O, Tehranın sülh şərtlərini Vaşinqtona təqdim edənə qədər atəşkəsin qüvvədə qalacağını bildirib.

ABŞ prezidenti sosial media hesabı olan Truth Social-da yazıb: “Təəccüblü deyil ki, İran hökuməti daxilində ciddi fikir ayrılıqları səbəbindən və feldmarşal Asim Munirin və Pakistanın Baş naziri Şahbaz Şərifin xahişi ilə bizdən İran liderləri və nümayəndələri vahid təklif irəli sürənə qədər İrana zərbələrimizi dayandırmağımız istənilib”.

Hazırkı atəşkəs bu gün, 22 apreldə başa çatmalı idi.

P.ƏMİRCANOV
XQ

 

Dünya