Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin Avrasiya İqtisadi Birliyinin xarici ticarətində payı 50%-ə çatıb.
XQ xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayev və ŞƏT-in baş katibi Nurlan Yermekbayev arasında Astanada keçirilən Regional Ətraf Mühit Sammiti çərçivəsində keçirilən görüşdə bildirilib.
Tərəflər aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar və Avrasiya İqtisadi Komissiyası (AİK) ilə ŞƏT Katibliyi arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini ətraflı müzakirə ediblər.
Bildirilib ki, son 10 ildə AİB və ŞƏT ölkələri arasında ticarət dövriyyəsi dörd dəfə artıb. 2025-ci ilin sonuna qədər bu rəqəm 368 milyard dollar təşkil edəcək. "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici ticarət dövriyyəsindəki payı 50%-ə çatıb", - Saqintayev qeyd edib.

