Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar

post-img

VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.

Seçmə komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə – Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülmüşdü.

XQ



İdman