UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura yekun vurulub. İkinci oyun günündə keçirilən 9 görüşdən 5-də ev sahibləri, 3-də qonaqlar qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.
Gərgin mübarizə şəraitində keçən görüşlər – “Pafos” (Kipr) –“Monako” (Fransa) – 2:2, “Kopenhagen” (Danimarka) – “Kayrat” (Qazaxıstan) – 3:2, “Liverpul” (İngiltərə) – PSV (Niderland) – 1:4, PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) – 5:3, “Olimpiakos” (Yunanıstan) – “Real Madrid” (İspaniya) – 3:4, “Ayntraxt” (Almaniya) – “Atalanta” (İtaliya) – 0:3, “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 3:1, “Atletiko” (İspaniya) – “İnter” (İtaliya) – 2:1, “Sportinq” (Portuqaliya) – “Brügge” (Belçika) – 3:0 hesabı ilə başa çatıb.
5 turdan sonra turnir cədvəlinə İngiltərənin “Arsenal” klubu başçılıq edir. Fransanın PSJ, Almaniyanın “Bayer Münhen”, İtaliyanın “İnter” və İspaniyanın “Real” komandaları 12 xalla müvafiq olaraq 2-ci – 5-ci yerləri bölüşürlər. Azərbaycan təmsilçisi Ağdamın “Qarabağ” futbolçuları 7 xalla 19-cu pillədə qərarlaşıblar. Sonuncu – 35-ci və 36-cı yerləri isə Qazaxıstanın “Kayrat” və Niderlandın “Ayaks” komandaları tutur.
Qabil YUSİFOĞLU
XQ

