Hakimləri təhqirə görə cəza

post-img

AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb. AFFA-dan verilən mə­lumata görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub. AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyev 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunub. 

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəza­landırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskva­lifikasiya edilib.

Qabil YUSİFOĞLU
XQ

İdman