Milli Paralimpiya Komitəsi Azərbaycan İdman Akademiyasında 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib.
Mərasimdə Komitə prezidentinin müşaviri Şahin Kazımzadə və baş katib Toğrul Rəhimov paralimpiyaçılarımızın il ərzində qazandıqları uğurlar və Komitənin gələcək hədəfləri barədə təqdimatla çıxış ediblər.
2025-ci ildə Azərbaycan paralimpiyaçılarının beynəlxalq yarışlarda 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazandığı, o cümlədən, bir dünya və iki Avropa çempionu olduğu diqqətə çatdırılıb. Medal qazanan idmançılar arasında gənc və yeniyetmə paralimpiyaçılarımızın üstünlük təşkil etdiyi qeyd olunub.
Prezident İlham Əliyevin ölkədə idmanın, xüsusilə də paralimpiya hərəkatının inkişafına daim xüsusi önəm vurğulanıb. Dövlət başçısı tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılmasının bunun növbəti təzahürü olduğu qeyd edilib.
Sonra Komitənin 2025-ci ildə gördüyü işlər və növbəti ildə vəzifələri barədə məlumat verilib.
Ölkəmizdə paralimpiyanın inkişafına verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, idman federasiyalarına və digər tərəfdaşlara təşəkkür ifadə edilib.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qabil YUSİFOĞLU
XQ


