Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı yarışda fəxri kürsüyə qalxıblar.
Qış İdman Növləri Federasiyasından XQ-yə bildirilib ki, Samanta Ritter və Daniel Brikalov cütlüyü buz üstündə rəqs növü üzrə mübarizə aparıblar.
Onlar 11 idmançı arasında 171.75 xal toplayaraq üçüncü yerdə qərarlaşıblar və bürünc medala sahib çıxıblar.

