Bu gün gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Bakı Gənclər Mərkəzində təşkil olunan mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Beynəlxalq arenalarda qazanılan nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov əldə edilən uğurlara görə idmançıları və onların məşqçilərini təbrik edib.
2026-cı ildə Bakının “Dünyanın İdman Paytaxtı” olduğunu vurğulayan nazir il ərzində şəhərimizdə bir sıra idman tədbirlərinin keçiriləcəyini bildirib.
Görüş zamanı ötən ilin dekabrında beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.
Qabil YUSİFOĞLU
XQ











