Qış İdman Növləri Federasiyasının dəstəyi və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vurulub.
Turnirin sonuncu günündə öncədən qeydiyyatdan keçən, 18-22, 23-45, 46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi “Gigant Slalom” növü üzrə yarışıblar.
Turnirin nəticələrinə əsasən qadınlardan ibarət 18-22 yaş kateqoriyasında Valeriya Duçinka, oğlanlar arasında İsmayıl Tağızade, 23-45 yaş kateqoriyasında Anna Vəliyeva, oğlanlarda Ramiz Ağayev, qadınların 46-56 yaş qrupunda Sanna Skalabre, kişilər arasında isə Azər Quliyev qalib adını qazanıb.
57+ kişilərin yaş kateqoriyasında Azad Kəlbiyev 1-ci pillədə yer alıb.
Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara həvəsləndirici hədiyyələr verilib.
Qabil YUSİFOĞLU
XQ

