Velosiped idmanının inkişafına dəstək

post-img

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) arasında Memorandum imzalanıb. Memorandumu AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev imzalayıblar.

Federasiyadan verilən məlumata görə, memorandumda tərəflərin birgə sosial proqramların icrası, velosiped idman növlərinin ölkə üzrə təşviqi, idman strukturlarından və qurğularından qarşılıqlı istifadə, müxtəlif tədbirlərin təşkili və digər məsələlər əksini tapıb.

Qabil YUSİFOĞLU
XQ

 



İdman