"Elit" Atçılıq Klubunun üzvü Özbəkistanda

post-img

Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə “Elite” Atçılıq Klubunun yetirməsi Anar Hümbətov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş konkur üzrə “Mantena” Kuboku turnirində iştirak edib. Beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan bu turnirdə idmançımız “Aqat” ləqəbli atla hündürlüyü 110 sm olan maneələri dəf etmək yarışlarında 5-ci yeri tutub. Hündürlüyü 115 sm olan maneələrin dəf olunmasında isə Anar Hümbətov 6-cı nəticə göstərib. Əlavə edək ki, turnirdə 9 ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb.

Qabil YUSİFOĞLU
XQ















İdman