Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 faiz artıb

post-img

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

"Yeni nəsil NKA-ların tətbiqi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

İqtisadiyyat