Dövlət ipoteka kreditləri artıb

post-img

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən indiyədək 54 min 342 borcalana 3 milyard 500 milyon 519 min manat kredit verilib. Bununla yanaşı, qurum bu günə qədər 549 milyon 443 min manat məbləğində biznes kreditlərinə zəmanət verib, 6 min 977 mənzili isə kirayəyə vermək yolu ilə realizə edib.

Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” açıq səhmdar cəmiyyətlərinin birləşməsi nəticəsində yaradılıb. Həmin qurumların hüquqi varisi olan fond hazırda milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

 

İqtisadiyyat