Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. İclasda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətinə baxılıb.
XQ-nin məlumatına görə, iclas Konstitusiyanın 130-cu maddəsinin VI hissəsi və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən keçirilib. Müzakirə zamanı Cinayət Məcəlləsinin 66.5-ci və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair müraciət araşdırılıb və iş Plenumun icraatına qəbul olunub.
Qərara əsasən, müraciət üzrə mahiyyəti etibarilə baxış Konstitusiya Məhkəməsi Plenumunun avqustun 4-nə təyin edilmiş iclasında davam etdiriləcək.

