Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XQ Gürcüstanın Daxili İşlər Naziriliyinə istinadən xəbər verir ki, Batumidə (Gürcüstan) İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Nazirliyin məlumatında qeyd edilib ki, hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş verilmə prosedurları həyata keçirilir.

"Acarıstan Kriminal Polisi Mərkəzi İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan Respublikası vətəndaşını həbs ediblər. Saxlanılan şəxs bir sıra ağır cinayətlər törətdiyinə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol xətti ilə axtarışa verilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq hərəkətlərinin yekunlarına əsasən axtarışda olan şəxsi Batumidə saxlayıblar", - bildirilib.

N.Adilqızı
XQ

Sosial həyat