Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Böyük Britaniya parlamentində “Maşa və Ayı” teleserialının qadağan olunması tələb edilir
Böyük Britaniya İcmalar Palatasının bir qrup deputatı hökumətə məktub göndərərək “Maşa və Ayı” cizgi serialının ölkədə yayımının dayandırılmasını tələb edib. Onlar serialın “Rusiya təbliğatının şirin bir forması” olduğunu iddia edirlər.
“The Quardian”ın məlumatına görə, ərizə Liberal Demokrat Tom Qordonun rəhbərliyi altında hazırlanıb və 50-dən çox millət vəkili tərəfindən imzalanıb. Ərizə mədəniyyət naziri Lisa Nandiyə ünvanlanıb.
Məktub müəllifləri dörd yaşlı Maşanın “tarixən NKVD ilə əlaqəli” sovet hərbi forması, tank dəbilqəsi və sərhəd kepkası geyindiyi səhnələrə işarə ediblər. Deputatlar bu cür təsvirlərin “uşaqlar üçün sovet hərbi ikonoqrafiyasını normallaşdırdığına” inanırlar.
P.ƏMİRCANOV
XQ

