Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İranın paytaxtı Tehranda 28 fevralda ABŞ-İsrail hücumu nəticəsində həlak olan keçmiş dini lider Əli Xameneinin dəfn mərasimi keçirilir.
Məlumatı “Anadolu” verib.
Mərasim Tehrandakı İmam Xomeyni Musalla məscidində keçirilir. Mərasimdə İran rəsmiləri, vətəndaşlar və bir çox ölkənin nümayəndələri iştirak edirlər.
Tədbir Qurani-Kərim tilavəti ilə bir dəqiqəlik sükutla başlayıb.
Türkiyəni mərasimdə vitse-prezident Cevdet Yılmaz təmsil edir.
Gün boyu davam edəcək Xamenei ilə vida mərasimində təxminən 100 ölkədən hökumət və parlament başçıları, xarici işlər nazirləri və xüsusi hökumət nümayəndələrinin iştirakı gözlənilir.
P.ƏMİRCANOV
XQ

