Azərbaycanın planşet bazarında “Samsunq”un payı 77 faizdən artıq olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XQ-nin "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu ilin iyun ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 77,48 % təşkil edib. Bu, may ayına nisbətən 12,08 faiz bəndi, 2025-ci ilin iyun ayınn göstərici ilə müqayisədə isə 28,03 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 6,97 faiz bəndi azalaraq, illik isə 10,72 faiz bəndi artaraq 11,37 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 2,5 dəfə olub).

Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,26 faiz bəndi, illik isə 2,03 faiz bəndi azalaraq 3,88 % olub.

Dördüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq 3,41 faiz bəndi, illik isə 10,37 faiz bəndi azalaraq 3,33 % təşkil edib.

İlk beşliyi 1,06 %-lik bazar payı ilə "Huawei" qapayır. Onun bazar payı aylıq 0,44 faiz bəndi, illik müqayisədə isə 0,57 faiz bəndi azalıb.

N.Adilqızı
XQ

Sosial həyat