Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İran Prezidenti Məsud Pezeşkyanla görüş keçirib.
XQ xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan–İran münasibətlərinin mövcud vəziyyətini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Həmçinin regional proseslər, iqtisadi əməkdaşlığın inkişafı və ikitərəfli əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Paşinyanın İrana səfəri çərçivəsində ölkə rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

